Salahlı Səyyad Adil oğlu
TƏRCÜMEYİ – HAL
1952. 15.01. – Azərbaycan Respublikası İmişli rayonu Qaradonlu kəndində
doğulmuşdur.
1958-1968 – İmişli şəhəri 1 saylı orta məktəbdə oxumuşdur.
1968 – 1972 – N.Tusi adına Azərbaycan Dövlət Pedaqoji Universitetinin filologiya
fakültəsinə təhsil almışdır.
1972-1973 – İmişli rayonu Qaralar (Əzizbəyov) kənd orta məktəbində dil-ədəbiyyat
müəllimi işləmişdir.
1973-1974 – N saylı hərbi hissədə hərbi qulluqda olmuşdur.
1974-1989 – İmişli şəhəri 1 saylı orta məktəbində ibtidai hissə üzrə müavin,
məktəbdənkənar və sinifdən xaric tərbiyə işləri üzrə direktor müavini, ilk
partiya təşkilatının katibi.
1990 – İmişli rayon Xalq Təhsil şöbəsinin müdiri.
1991-1992 – Azərbaycan Elmlər Akademiyasının “Elm” qəzetinin şöbə müdiri
1992. 21.11. – Yeni Azərbaycan Partiyasının (YAP) yaradıcılarından və təsis
konfransının təşkilatçılarından biri, həmin gündən YAP Siyasi Şurasının üzvü.
1992-1995 – “SƏS” qəzeti baş redaktorunun 1-ci müavini.
1995 – Azərbaycan Yazıçılar Birliyinin üzvü.
1995-2000 – Azərbaycan Respublikası I çağırış Milli Məclisinin deputatı.
1998 – Azərbaycan Jurnalistlər Birliyinin üzvü.
2000-2005 – Azərbaycan Respublikası II çağırış Milli Məclisinin deputatı.
2001 – Bakı Dövlət Universitetinin hüquq fakültəsini bitirmişdir (ikinci ali
təhsil).
2001 – ABŞ Texas ştatının fəxri vətəndaşı.
2001 – 2006 – Azərbaycan Beynəlxalq Universitetinin jurnalistika fakültəsinin
dekanı işləmiş.
2004 – Azərbaycan Yazıçılar Birliyinin idarə heyətinin üzvü.
2005 – Filologiya elmləri namizədi alimlik dərəcəsi almışdır.
2006.09.10.–Turkiyə Cümhuriyyətinin İstanbul şəhərinə Azərbaycan Respublikasının
Baş Konsulu təyin edilmişdir.
2009 – Türkiyədə dərc edilən “First Bussiness” jurnalı tərəfindən “İlin
diplomatı” mükafatına layiq görülmüşdür.
BƏDİİ – ƏDƏBİ – PUBLİSİSTİK YARADICILIĞI
1996 – “Soyuq günəş” adlı povestlər və hekayələr kitabı çapdan çıxmışdır.
1997 – “Xaosdan sabitliyə” – 1992-1997-ci illərdə Heydər Əliyevin ikinci dəfə
hakimiyyətə gəlişindən sonra ölkədə baş verən hadisələri, ictimai-siyasi
prosesləri əks etdirən kitabı çap etdirmişdir.
2003 – “Üfüqdə Nobel sülh mükafatı görünür”. Ümummilli Lider Heydər Əliyevin 80
illiyi ilə əlaqədar çap edilmiş bu kitabda müəllifin dahi rəhbər və böyük
müəllim haqqında 1992-ci ildən bəri yazdığı publisistik, analitik- təhlili
məqalələri toplanmışdır.
BEYNƏLXALQ QURUMLARDA FƏALİYYƏTİ
1995-2005 – Azərbaycan-Çin parlamentlərarası dostluq qrupunun üzvü.
2000-2005 – ATƏT-də Azərbaycan Milli Məclisinin daimi nümayəndəsi, demokratiya,
insan hüquqları və humanitar məsələlər komitəsinin üzvü
2001-ci ildən Azərbaycan Çin dostluq cəmiyyətinin üzvü
2003-2005 – Cənubi Qafqaz Parlament Təşəbbüs Qrupu – LİNKS-in rəyasət heyətinin
üzvü.
TƏLTİFLƏRİ
1987 – ÜİLKGİ – nin “Ən yaxşı komsomolçu-müəllim” döş nişanı.
2001 – “Qızıl qələm” mükafatı laureatı.
2005 – Azərbaycan Respublikasının “Tərəqqi” medalı.
2005 – Azərbaycan KİV-nin “İnam” Şərəf diplomu.
AİLƏ VƏZİYYƏTİ
Ailəlidir, üç oğlu, dörd nəvəsi var.
Əziz dostlar,
28 may 1918-ci ildə Qafqaz Seyminə daxil olan Azərbaycan Milli Şurası Azərbaycan
Demokratik Respublikasının (ADR) yaradılması haqqında İstiqilaliyyət
bəyannaməsini elan etdi. Şərqdə ilk Demokratik Respublikanın yaradılmasından
dərhal sonra Azərbaycan Milli Şurası dünya ölkələrinə müstəqilliyin elanı haqda
teleqramalar göndərdilər. İlk olaraq Türkiyə cumhuriyətinin sələfi Osmanlı
dövləti dövlətlərarası diplomatik münasibətlərin qurulmasında maraqlı
olduqlarını və daima ADR-in yanında olacaqlarini bildirdilər. Bakının
işğalçılardan azad olunmasında, ADR-in hərbi və iqtisadi baximdan inkişafında
Osmanlı dövlətinin xidmətləri böyük olmuşdur. Buna bariz misal kimi 1919-cu ilin
iyunun 4-də hər iki dövlət arasında imzalanmış “Qarşılıqlı hərbi yardım
haqqında” müqaviləni göstərmək olar. Lakin 1-ci Dünya müharibəsində Osmanlı
dövlətinin daxil olduğu dördlər ittifaqının məğlub olması ADR-in mövcudluğunu
təhlükə altında qoydu. Buna baxmayaraq gənc azərbaycan diplomatiyasının
çevikliyi sayəsinda ADR 11 yanvar 1920-ci ildə Paris Sülh Konfransı tərəfindən
de-fakto tanındı. Təəssüflər olsun ki, o dövrdə dünyada cərəyan edən siyasi
proseslər ADR-in cəmi 23 ay yaşamasına imkan verdi. 28 aprel 1920-ci il ADR-in
müqəddaratına Rusuiyanın XI Qızıl Ordusu son qoydu və həmin gündən etibarən
Azərbaycan 70 il Sovetlər İttifaqının tərkibində qaldı.
70 il sonra - 18 oktyabr1991-ci ildə Azərbaycan Dövlət Müstəqilliyini elan etdi.
1995-ci il 12 noyabrda Azərbaycan Respublikasının Konstitusiyası qəbul edildi.
Konstitusiyaya görə rəsmi dövlət dili Azərbaycan dili, dövlət quruluşu
Demokratik və Unitar Respublika oldu.
Azərbaycan Dövlət Müstəqilliyini ilk tanıyan qardaş Türkiyə Respublikası oldu və
1992-ci ildə Azərbaycanda Səfirliyini açdı. Eyni il Azərbaycanın Ankarada
Səfirliyi, İstanbulda isə Baş Konsulluğu fəaliyyətə başladı. 2004-cü ildə isə
ölkəmizin Qarsda Baş Konnsulluğu açıldı. Hal-hazırda Türkiyə yeganə dövlətdir
ki, Azərbaycan Respublikasının üç Diplomatik missiyası var.
Azərbaycanın geopolitik baxımdan strateji nöqtədə yerləşməsi daima həm qonşu
ölkələrin, həm də dünyanın böyük dövlətlərinin diqqət mərkəzində olub. Məhz
bunun üçün xalqımızın tarixən başı bəlalı olub və torpaqlarımız yadelli
işğalçılar tərəfindən işğal olunub. Yaxın keçmişimizdə erməni daşnakları
tərəfindən torpaqlarımızın 20 %-nin işqal edilməsi, bir milyondan artıq
xalqımızın qaçqın və köçkün düşməsi son iki əsrdə Qafqazda azərbaycanlılara
qarşı məqsədyönlü şəkildə həyata keçirilmiş etnik təmizləmə siyasətinin məntiqi
davamıdır. Lakin tarixən torpaqlarımıza olan basqılara baxmayaraq xalqımız öz
dinini, dilini, mədəniyyətini, soy kökünü və adət-ənənəlrini qoruyub
saxlamışdır.
Hal-hazırda təməli Ümummilli Liderimiz Heydər Əliyev tərəfindən qoyulan və
Heydər Əliyev siyasətinin ən layiqli davamçısı prezident İlham Əliyev tərəfindən
aparılan siyasət nəticəsində Azərbaycan dünyaya inteqrasiya olmağa davam edir,
dünya siyasətində öz sözünü deyən dövlətlərdən birinə çevrilir. Ölkəmiz iqtisadi
baxımdan surətlə inkişaf edir. Müstəqillik əldə etdikdən sonra neft ölkəsi
olaraq Ümummilli Liderimiz Heydər Əliyev rəhbərliyi ilə Əsrin Neft Kontraktı
imzalanmış, Bakı-Tbilis-Ceyhan, Bakı-Supsa kimi böyük neft layihələri həyata
keçirilmişdir.
Və nəhayət onu da qeyd etmək istəyirəm ki, Ümummilli Liderimiz Heydər Əliyev
“Bir millət iki dövlət” deyərək qardaş Türkiyə Cumhuriyyəti ilə hərtərəfli
münasibətlərə önəm vermiş və ölkələrimiz arasında əlaqələrin daha da inkişaf
etməsi için böyük əmək sərf etmişdir.
Əziz dostlar, Azərbaycan Respublikasının İstanbul Baş Konsulluğunun websaytını
da iki qardaş ölke arasındakı informasiya mübadilesini artırmaq, bununla ölkemiz
haqqındakı heqiqetleri obyektiv şekilde yaymaq, Sizleri ölkemizde baş veren
siyasi, iqtisadi ve medeni hadiselerle daha yaxından tanış etmek meqsedile
açırıq.
Web saytımıza xoş geldiniz.